Balakəndə 3 tona yaxın çətənə kolu məhv edildi

Balakəndə 3 tona yaxın çətənə kolu məhv edildi Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mahamalar kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.
Hadisə
9 İyun , 2021 10:45
Balakəndə 3 tona yaxın çətənə kolu məhv edildi
0 : 00
0 : 00

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mahamalar kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 3 tona yaxın olan 4800 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Son xəbərlər

Orphus sistemi