Balakəndə 26 yaşlı gənc bıçaqlanıb

Balakəndə 26 yaşlı gənc bıçaqlanıb Balakən. 25 oktyabr. REPORT.AZ/ Balakən rayonunda 26 yaşlı gənc bıçaqlanıb.
Hadisə
25 Oktyabr , 2018 14:09
Balakəndə 26 yaşlı gənc bıçaqlanıb
0 : 00
0 : 00

Balakən. 25 oktyabr. REPORT.AZ/ Balakən rayonunda 26 yaşlı gənc bıçaqlanıb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə oktyabrın 25-də gecə saatlarında şəhərin H.Əliyev prospekti 37 ünvanında qeydə alınıb. 

Belə ki, həmin ərazidə yaşayan, 1992-ci il təvəllüdlü İslam Əjdər oğlu Əzizov bədənin müxtəlif hissələrinin çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları xəsarəti ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, müalicəsi Reanimasiya şöbəsində davam edir.

İ.Əzizovun yaşadığı evin yaxınlığında tanımadığı şəxs və yaxud şəxslər tərəfindən bıçaqlandığı bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi