Balakəndə 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Balakəndə 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat bölməsində araşdırma aparılır
Hadisə
14 Avqust , 2015 18:51
Balakəndə 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Bakı. 14 avqust. REPORT.AZ/ Balakən rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 150-ci kilometrliyində qeydə alınıb. Belə ki, Balakən rayonunun Tülü kənd sakini, 58 yaşlı Nəriman Tahirovun idarə etdiyi “Toyota Prado” markalı, Rusiya dövlət nömrə nişanlı minik avtomobili ilə rayon sakini, 29 yaşlı Əlibala Abdullayevin idarə etdiyi “Lexus” markalı 99 HM 906 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. 

Qəza nəticəsində "Toyota Prado"nun sürücüsü Nəriman Tahirov və digər avtomobildə olan sərnişin, rayonun Talalar kənd sakini, 36 yaşlı İlqar Mustafayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəstəxanadan verilən məlumata görə, hər iki yaralının vəziyyəti orta-ağırdır. 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi