Balakən və İsmayıllıda reyd keçirildi, sürücülər cərimələndi
Hadisə
- 03 may, 2021
- 08:33
Balakən və İsmayıllıda yol polisi əməkdaşları küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, keçirilən reydlər zamanı piyada səkilərini və avtobus dayanacaqlarını zəbt edən, eləcə də müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan sürücülərlə profilaktik söhbətlər aparılıb.
Bu kimi halların digərlərinin də haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb. Dayanma-durma qaydalarını pozduqları üçün həmin avtomobil sahibləri barəsində inzibati protokol tərtib olunub.
Yol polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.
Son xəbərlər
15:42
Azərbaycan gimnastları dünya çempionatında finala vəsiqə qazanıblar
Fərdi15:35
"Real" Tibo Kurtua ilə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib
Futbol15:30
Azərbaycanda mobil rabitə bazarı 5 %-dən çox böyüyüb
İKT15:28
Slovakiya sentyabrda Azərbaycanla qaz tədarükü üzrə danışıqlara başlayacaq
Xarici siyasət15:27
Eldar Quliyev: Bakalavr müddətinin 3 ilə qədər endirilməsi məsələsinə yenidən baxıla bilər
Elm və təhsil15:19
Camal Hüseynov: Azərbaycanın 36,6%-i qarşıdakı dövrdə iqlim dəyişmələrindən əziyyət çəkəcək
Ekologiya15:13
Foto
Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar
Qarabağ15:11
"Bank Respublika" "Access Bank"ı alır
Maliyyə15:11