Balakən sakinləri Zaqatalada narkotiklə saxlanılıblar

Balakən sakinləri Zaqatalada narkotiklə saxlanılıblar Balakən sakinləri Zaqatalada narkotiklə saxlanılıblar.
Hadisə
11 Sentyabr , 2019 09:31
Balakən sakinləri Zaqatalada narkotiklə saxlanılıblar

Balakən sakinləri Zaqatalada narkotiklə saxlanılıblar.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Balakən rayonunun Poçtbinə kənd sakini Anar Mustafayevin idarə etdiyi və sərnişin qismində həmin avtomobildə əyləşən həmkəndlisi Bəhruz Qardaşov olan “VAZ 2106” markalı avtomobil rayon ərazisində saxlanılıb.

Həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən 1 ədəd sellofan torbada 230 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Orphus sistemi