Balakən sakininin evində narkotik tapıldı

Balakən sakininin evində narkotik tapıldı Balakən sakininin evində narkotik vasitə aşkar edilib.
Hadisə
6 Fevral , 2020 11:40
Balakən sakininin evində narkotik tapıldı

Balakən sakininin evində narkotik vasitə aşkar edilib.

Bu barədə "Report" un Şimal-Qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Gərəkli kənd sakini Rövşən Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd sellofan torbada ümumi çəkisi 375 qram narkotik vasitə olan qurudulan marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi