Balakən sakini 5 kiloqram marixuana ilə saxlanılıb

Balakən sakini 5 kiloqram marixuana ilə saxlanılıb 31 yaşlı şəxs narkotik tərkibli otu tapdığını bildirib
Hadisə
225
12 Sentyabr , 2015 19:19
Balakən sakini 5 kiloqram marixuana ilə saxlanılıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Balakən rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tərkibində narkotik maddələr olan 4 kq. 805 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

"Report" xəbər verir ki, narkotik vasitə rayonun Kortala kəndi ərazisində saxlanılan Hənifə kənd sakini 31 yaşlı Musayev Cavid Kamil oğlunun üzərinə baxış zamanı aşkar edilib.

İki ildir narkotik maddə istifadəçisi olduğunu bildirən 31 yaşlı üç uşaq atası Cavid Musayevin sözlərinə görə, o, narkotik tərkibli marixuananı tapıb və istifadə etmək məqsədi ilə toplayaraq qurudub.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.1 –ci maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. Cavid Musayevin narkotik vasitəni haradan əldə etməsi barədə zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi