Balakəndə toydan qayıdan mikroavtobus dərəyə aşıb, 21 nəfər yaralanıb

Balakəndə toydan qayıdan mikroavtobus dərəyə aşıb, 21 nəfər yaralanıb Avtomobil qarşısına qəflətən çıxmış atı vurması nəticəsində aşıb
Hadisə
22 Sentyabr , 2014 14:00
Balakəndə toydan qayıdan mikroavtobus dərəyə aşıb, 21 nəfər yaralanıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Sentyabrın 21-dən 22-nə keçən gecə saat 00.30-da onlarla sərnişinin yaralanmasına səbəb olan ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Şəki şəhərinin Biləcik kəndində şəhər sakini İlham Ramazanov idarə etdiyi “Mercedes” markalı mikroavtobusu aşırıb. Sürücü və 20 sərnişini xəstəxanaya yerləşdiriblər.

Qeyd edək ki, avtomobil qarşısına qəflətən çıxmış atı vurması nəticəsində aşıb. Sərnişinlər isə Balakən rayonunda keçirilmiş toydan sonra evlərinə qayıdırmış.

Son xəbərlər

Orphus sistemi