Bakı. 22 sentyabr. REPORT.AZ/ Sentyabrın 21-dən 22-nə keçən gecə saat 00.30-da onlarla sərnişinin yaralanmasına səbəb olan ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, Şəki şəhərinin Biləcik kəndində şəhər sakini İlham Ramazanov idarə etdiyi “Mercedes” markalı mikroavtobusu aşırıb. Sürücü və 20 sərnişini xəstəxanaya yerləşdiriblər.
Qeyd edək ki, avtomobil qarşısına qəflətən çıxmış atı vurması nəticəsində aşıb. Sərnişinlər isə Balakən rayonunda keçirilmiş toydan sonra evlərinə qayıdırmış.