Bakıda məhbus oğluna narkotik maddə ötürmək istəyən qadın ifşa edilib

Bakıda məhbus oğluna narkotik maddə ötürmək istəyən qadın ifşa edilib Fakt üzrə araşdırma aparılır
Hadisə
29 Oktyabr , 2014 09:58
Bakıda məhbus oğluna narkotik maddə ötürmək istəyən qadın ifşa edilib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakıda 7 saylı Cəza Çəkmə müəssisəsinə (CÇM) narkotik maddə ötürmək cəhdinin qarşısı alınıb. Bu barədə "Report"a Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

PX əməkdaşları tərəfindən müəssisədə cəza çəkən, Cinayət Məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Mayıl Şərafəddin oğlu İsmayılovun yanına qısamüddətli görüşə gələn anası, Ağsu rayonu, Pirhəsənli kəndində yaşayan vətəndaş Əsmarə Barat qızı İsmayılovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman qadının əl çantasında olan saç üçün rezinin içərisində gümüşü kağıza bükülərək gizlədilmiş 4,153 qram narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi