Bakıda cibgirliklə məşğul olan qadın saxlanılıb

Bakıda cibgirliklə məşğul olan qadın saxlanılıb Qadının paytaxt ərazisində başqa oğurluqlar edib-etmədiyi araşdırılır
Hadisə
24 Sentyabr , 2014 17:25
Bakıda cibgirliklə məşğul olan qadın saxlanılıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda cibgirliklə məşğul olan qadın saxlanılıb. "Report"un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, hadisə rayon ərazisində yerləşən ticarət mərkəzlərindən birində baş verib. Nizami Rayon Polis İdarəsi (RPİ) 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Surayə Hacıyevanın çantasından 350 manat oğurlayan Gürcüstan vətəndaşı Əfsanə Məmmədova tutularaq istintaqa təqdim edilib. Hazırda polislər Ə.Məmmədovanın Bakı şəhərində başqa bu tipli oğurluqlar edib-etmədiyini araşdırır.

Son xəbərlər

Orphus sistemi