"Baku Electronics" istehlakçıların hüquqlarını pozub - MƏHKƏMƏ

"Baku Electronics" istehlakçıların hüquqlarını pozub - MƏHKƏMƏ ​​​​​​​"Baku Electronics" MMC barədə inzibati protokol tərtib edib
Hadisə
937
4 Mart , 2021 10:12
Baku Electronics istehlakçıların hüquqlarını pozub - MƏHKƏMƏ

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Baku Electronics" MMC barədə inzibati protokol tərtib edib.

“Report” xəbər verir ki, istehlakçıların hüquqlarının pozulmasına görə yazılan protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.7-ci maddəsinə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin üzərinə yararsızlıq nişanı vurulmuş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına görə hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, "Baku Electronics" elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biridir. Hazırda ölkə üzrə 24 mağazası fəaliyyət göstərir və 60-dan çox firmanın rəsmi distributorudur.

Son xəbərlər

Orphus sistemi