Yuxarı

“Baku Bus” avtobusu qəza törədib - FOTO

Mitsubishi markalı minik avtomobilinin ön hissəsini əzilib

Bakı. 14 dekabr. REPORT.AZ/ “Baku Bus” MMC-yə məxsus 2 nömrəli sərnişin avtobusunun iştiraki ilə yol nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, avtobus "Mitsubishi" markalı minik avtomobilinin ön hissəsini əzib. Nəticədə avtomobilin mühərrik qismi də zədələnib, yan güzgüsü qırılıb.

Avtobusun sürücüsü qəzanın səbəbini 65 nömrəli avtobusun gözlənilmədən qarşısına çıxması ilə izah edib. Sərnişinlər boşaldılıb. Hadisə zamanı ölən və ya yaralanan olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi