“Baklift-2”nin mənimsəmədə ittiham edilən keçmiş rəisi özünü təqsirli bilməyib

“Baklift-2”nin mənimsəmədə ittiham edilən keçmiş rəisi özünü təqsirli bilməyib Bakı Ağır Cinayətlər Məhkəməsində “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
11 Dekabr , 2019 17:35
“Baklift-2”nin mənimsəmədə ittiham edilən keçmiş rəisi özünü təqsirli bilməyib

Bakı Ağır Cinayətlər Məhkəməsində “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama əsasən, binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan vəsaitin, təxminən, 1 milyon 835 min manatı mənimsənilib. İddia olunur ki, dövlətin vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqlar təyinatı üzrə istifadə olunmayıb, ticarətlə məşğul olan şəxslərə satılıb. Amma saxta sənədlər tərtib edilərək həmin materialların istifadə olunduğu rəsmiləşdirilib.

Təqsirləndirilən R.Dilanov elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib.

Proses dekabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, "Lifttəmir" İstehsalat Birliyinə aid olan “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş R.Dilanov külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

İş üzrə zərərçəkən şəxs qismində “Lifttəmir” İstehsalat Birliyi tanınıb.

Son xəbərlər

Orphus sistemi