Yuxarı

Bakıya yağan güclü yağış fəsadlara səbəb olub

Hadisə ilə əlaqədar Nərimanov rayonu ərazisində evdən çıxma çətinləşib, 5 nəfərə köməklik göstərilib

Bakı. 3 noyabr. REPORT.AZ/ Noyabrın 2-dən 3-nə keçən gecə yağan güclü yağış Bakının Səbail, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında problemlər yaradıb. “Report”un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yağışın intensiv yağması ilə əlaqədar Nərimanov rayonunda fərdi yaşayış evlərinə su dolub. Hadisə ilə əlaqədar Nərimanov rayonu ərazisində evdən çıxma çətinləşib, 5 nəfərə köməklik göstərilib.

Yağan güclü yağış Səbail rayonunda isə bir evin uçmasına səbəb olub. Bəşir Səfəroğlu 152 ünvanında yerləşən fərdi yaşayış evi qəfildən çökməyə başlayıb. Məlumatlara görə, çökən mənzildə heç kim məskunlaşmır.

Binəqədi sakinlərinin “Report”a verdiyi məlumata görə, yağan güclü yağış rayonun mərkəzi küçələrində iri nohurlar əmələ gətirib. Nəticədə maşınların hərəkət etməsi çətinləşib.

“Axşamdan yağan yağış Binəqədi rayonunun “Mərkəz” adlanan hissəsinə gedən yolu keçilməz hala salıb. Maşınların hərəkət etməsi çətinləşib, uzun bir tıxac yaranıb” - deyə, rayon sakini Əbülfəz İsayev bildirib.

Yağış paytaxtın Sabunçu rayonunda da əhaliyə çətinlikər yaradıb, bəzi yolları keçilməz edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi