Yuxarı

Bakının Ziya Bünyadov prospektində yol qəzası baş verib - FOTO - VİDEO - YENİLƏNİB

Bakının Ziya Bünyadov prospektində yol qəzası baş verib - FOTO - VİDEO - YENİLƏNİB
BMW X 5 markalı avtomobilin sürücüsü idarəetməni itirdiyindən nəqliyyat vasitəsi yol kənarındakı səkiyə çırpılıb
© "Report"

Video əlavə olunub


*** 08:45

Bakı. 29 iyun. REPORT.AZ/ Bakının Ziya Bünyadov prospektində yol qəzası baş verib.

"Report"un xəbərinə görə, hadisə prospektin Nərimanov rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "BMW X 5" markalı avtomobilin sürücüsü idarəetməni itirdiyindən nəqliyyat vasitəsi yol kənarındakı səkiyə çırpılıb. Xoşbəxtlikdən avtomobildə olan sürücü və sərnişin xəsarət almayıb. Lakin avtomobil deformasiyaya uğrayıb. 

Qəza ilə əlaqədar təxminən 40 dəqiqə prospektdə nəqliyyatın hərəkətində tıxac yaranıb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzaya uğrayan avtomobil cərimə meydançasına aparılıb. Yol polis əməkdaşlarının köməkliyi ilə prospektdə nəqliyyatın hərəkəti bərpa edilib.

Baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi