Yuxarı
    Bağlamaq

    ​Bakının rayonlarından birinə yeni DYP rəisi təyin edilib

    Nazir müavininin qardaşını polis mayoru əvəzləyəcək

    Bakı. 14 sentyabr. REPORT.AZ/ Bakı şəhəri, Nizami Rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi vəzifəsinə təyinat olub. “Report”un xəbərinə görə, bu vəzifəyə polis mayoru Firdovsi Yusubov təyin edilib.

    F.Yusubov bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsində alay komandirinin müavini vəzifəsində çalışıb.

    Xatırladaq ki, Nizami Rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin əvvəlki rəisi polis polkovnik-leytenantı Fail Quliyev olub. O, vəzifəsindən azad edilərək Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Avtonəqliyyat Vasitələrinin Axtarış Şöbəsinə rəis vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, F.Quliyev daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyevin qardaşıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi