Bakının Qala divarlarına zərər vurulub, saxlanılanlar var

Bakının Qala divarlarına zərər vurulub, saxlanılanlar var Ölkə rəhbərliyinin daimi diqqəti və qayğısı altında İdarənin əməkdaşları abidələrin qorunmasına can atır, əməli səylər göstərir. Geniş ictimaiyyət və mətbuat nümayəndələri ilə birgə keçirilən layihələr və iməciliklər hər zaman geniş marağa səbəb olub, gör
Hadisə
10 Noyabr , 2021 16:29
Bakının Qala divarlarına zərər vurulub, saxlanılanlar var

"İçərişəhərin qədim Qala divarları bayram günlərində növbəti dəfə bir qrup vandalların hücumuna məruz qalıb".

Bu barədə "Report"a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, Qala divarları bu dəfə yetkinlik yaşına çatmayanların qurbanı olub: "Hadisə ilə bağlı əlaqədar İdarənin müvafiq qurumları tərəfindən hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib və bu çirkin əmələ yol vermiş üç yeniyetmə saxlanılıb, onlara qarşı qanunvericiliklə nəzərdə tutulmuş sanksiyalar tətbiq edilib".

İdarədən vuruğulanıb ki, tariximizin qəsdinə duran vandallar bundan sonra da saxlanılıb dərhal hüquq-mühafizə orqanlarına təhvil veriləcək: "Əməllərinə cinayət tərkibi olan əməl kimi hüquqi qiymət veriləcəkdir. Bununla yanaşı bütün valideynləri və yeniyetmələrin qəyyumlarını övladlarına diqqət yetirməyə çağırır, abidələrimizə xələl gətirilməsinin yolverilməz olduğunu vurğulayırıq".

Son xəbərlər

Orphus sistemi