Bakıda sərxoş sürücü qəza törədib - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda sərxoş sürücü qəza törədib - FOTO - VİDEO - YENİLƏNİB Onunla ilə polis əməkdaşları arasında mübahisə düşüb
Hadisə
9 May , 2017 10:11
Bakıda sərxoş sürücü qəza törədib - FOTO - VİDEO - YENİLƏNİB
Report.az

*** İlk xəbər aprelin 8-də saat 23:49-da dərc olunub. Video əlavə olunub

Bakı. 9 may. REPORT.AZ/ Bakının Nəsimi rayonunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, qəza Ruhulla Axundov və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə nəticəsində "Opel" markalı avtomobil ilə BMW toqquşub. Hazırda qəza yerinə polis əməkdaşları cəlb olunub.

Dövlət Yol Polisi əməkdaşının məlumatına görə, qəzaya BMW markalı minik avtomobilini sərxoş vəziyyətdə idarə edən 51 yaşlı sürücü Telman Hüseynov səbəb olub. O, sərxoşluğun müəyyən edilməsi üçün tibb müəssisəsinə getməkdən imtina edib və nəticədə tərəflər arasında mübahisə yaranıb. Sonda T.Hüseynov məcburi qaydada müvafiq tibb müəssisəsinə aparılıb.

Son xəbərlər

Orphus sistemi