Nəsimi rayonunda əl qumbarası tapılıb

Nəsimi rayonunda əl qumbarası tapılıb İyunun 28-də Bakının Nəsimi rayonu ərazisində 1 ədəd əl qumbarası tapılıb.
Hadisə
29 İyun , 2019 02:41
Nəsimi rayonunda əl qumbarası tapılıb

İyunun 28-də Bakının Nəsimi rayonu ərazisində 1 ədəd əl qumbarası tapılıb.

"Report" xəbər verir ki, bu barədə ANAMA-ya Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssislərinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə həyata keçirtdiyi təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 20 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi