Bakıdakı “Meyvəli” bazarında yanğın baş verib, ticarət mərkəzinə ciddi ziyan dəyib
Hadisə
- 26 yanvar, 2016
- 00:17
Bakı. 26 yanvar. REPORT.AZ/ Axşam saatlarında Bakının Qaradağ rayonunda “Meyvəli” ticarət mərkəzində yanğın olub.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə gözətçi köşkü, yaxınlıqda duran 2 ədəd "KamAZ" markalı yük avtomobilinin birinin banının taxta üzlüyü, banına yığılmış 7,5 ton tərəvəz məhsulunun 100 kiloqramı, digər yük avtomobilinin taxta üzlüyü, banına yığılmış 10,5 ton tərəvəz məhsulunun 150 kiloqramı yanıb.
Yanğın zamanı, həmçinin yaxınlıqda dayanmış “Hyundai” markalı minik avtomobilinin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi də yanıb.
Avtomobillərin və tərəvəz məhsulunun qalan hissəsi, eləcə də, yaxınlıqdakı anbar yanğından mühafizə olunub. Yanğın saat 21:29-da söndürülüb.
Son xəbərlər
16:00
KİV: İran Trampa sülh qarşılığında iqtisadi güzəştlər paketi təklif edir
Region15:59
Türkiyənin Baş Ombudsmanı: Xocalıdakı hadisələr soyqırımı cinayətidir
Qarabağ15:54
Milli Məclis Xocalı soyqırımının ildönümü ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Daxili siyasət15:53
Gürcüstan və Türkiyə BTQ dəmir yolu xəttinin inkişafını müzakirə edib
İnfrastruktur15:53
Hakan Fidan: Türkiyə "tək millət, iki dövlət" anlayışı ilə hər zaman Azərbaycanın yanındadır
Region15:41
Foto
Heydər Əliyev Fondunun konsepsiyası əsasında yaradılan Xocalı Soyqırımı Memorialının xüsusiyyətləri
Qarabağ15:36
Foto
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-2
Daxili siyasət15:35
Azərbaycan daha bir ölkədən kerosin tədarük etməyə başlayıb
Energetika15:33
Foto