​Bakının məşhur otelində banklardan birinin şöbə müdiri qətlə yetirilib

​Bakının məşhur otelində banklardan birinin şöbə müdiri qətlə yetirilib Qətli törədən şəxslər hadisə yerindən qaçıblar
Hadisə
22 Aprel , 2015 06:08
​Bakının məşhur otelində banklardan birinin şöbə müdiri qətlə yetirilib

Bakı. 22 aprel. REPORT.AZ/ Bu gecə Bakının Nəsimi rayonu ərazisində qətl hadisəsi törədilib.

"Report" xəbər verir ki, hadisə Tbilisi prospektində yerləşən “Avropa” otelində baş verib.

İnsident otelin idman zalında qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevlə banklardan birinin şöbə müdiri Azər adlı şəxs məşq edən zaman qeydə alınıb. Belə ki, onlarla hələlik kimliyi məlum olmayan iki nəfər şəxs arasında mübahisə düşüb və naməlum şəxslərdən biri bıçaqla Azərə ürək nahiyəsindən, R.Əfəndiyevə isə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib.

Azər aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. R.Əfəndiyev isə özəl klinikalardan birinə çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisədən sonra əraziyə Nəsimi rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə yerindən qaçan naməlum şəxslərin tutulması və qətlə yetirilən Azər adlı şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi