Yuxarı

Bakının mərkəzindən oğurluq etmək istəyən şəxslər saxlanılıb

Həmin şəxslər 39-cu Polis Bölməsinə təhvil verilib

Bakı. 26 dekabr. REPORT.AZ/ “Sahil” ticarət mərkəzindən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərən Bakı şəhər sakinləri saxlanılıb.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, dekabrın 25-də saat 03:24-də Səbail Rayon Mühafizə İdarəsinə “Sahil” ticarət mərkəzindən daxil olmuş həyəcan siqnalı yoxlanılarkən oradakı mağazalardan birindən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərən Bakı şəhər sakinləri Dmitriy Pronin və Samir Hüseynov saxlanılıb.

Həmin şəxslər 39-cu Polis Bölməsinə təhvil verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi