Bakının mərkəzindəki "Şaurma"da yanğın olub, işçilər təxliyyə edilib - FOTO - VİDEO

Bakının mərkəzindəki "Şaurma"da yanğın olub, işçilər təxliyyə edilib - FOTO - VİDEO Müəssisənin işi dayandırılıb
Hadisə
10 İyul , 2017 23:19
Bakının mərkəzindəki Şaurmada yanğın olub, işçilər təxliyyə edilib - FOTO - VİDEO
Foto: Report.az

Bakı. 10 iyul. REPORT.AZ/ Bakının Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən restoranda yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində restoranının mətbəxində 1 ədəd kartofbişirən aparat, 3 p.m elektrik kabeli və tüstü bacasında 4 p.m yağ qalıqları yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın "Azdram"ın yanındakı "Şaurma" restoranında baş verib. İşçilər təxliyyə edilib, 24 saat fəaliyyət göstərən müəssisənin işi dayandırılıb.

Son xəbərlər

Orphus sistemi