Yuxarı

​Bakının mərkəzindəki restoranlardan birində yanğın baş verib

3 nəfər əcnəbi vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib

Bakı. 10 İyun. REPORT.AZ/ Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 2150 kv.m olan “Kükü” kafesinin vestibülünün tavanı 72 kv.m sahədə yanıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğın zamanı kafenin ikinci mərtəbəsində yerləşən "Bristol" mehmanxanasına məxsus 4 ədəd kondisioner yüksək temperaturdan deformasiyaya uğrayıb.

Mehmanxanada olan 3 nəfər əcnəbi vətəndaş yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Kafenin qalan hissəsi, bitişik digər kafe və ikinci mərtəbədə yerləşən mehmanxana yanğından mühafizə olunub. Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi