Bakının mərkəzində qətl törədənlərə üst-üstə 35 il həbs cəzası verilib

Bakının mərkəzində qətl törədənlərə üst-üstə 35 il həbs cəzası verilib Hadisə "Xəqani" bağının yaxınlığında olub
Hadisə
26 Oktyabr , 2015 11:20
Bakının mərkəzində qətl törədənlərə üst-üstə 35 il həbs cəzası verilib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kərim Kərimov və Fuad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Kərimov 18 il, F.Əliyev isə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2014-cü ilin iyul ayının 22-də saat 05:30 radələrində paytaxtın Səbail rayonu ərazisində, "Xəqani" bağının yaxınlığında baş verib.

İstintaqla müəyyən edilib ki, Şirvan şəhər sakini Kərim Kərimov həmyerliləri Fuad Əliyev, İlham Şadıyev və Əli Süleymanov ilə birlikdə "Xəqani" bağında olarkən ictimai qaydanı kobud şəkildə pozaraq Şahin Quliyevlə mübahisə ediblər. Bu zaman K.Kərimov üstündə gəzdirdiyi bıçaqla, F.Əliyev isə fiziki zor tətbiq etməklə Ş.Quliyevə müxtəlif dərəcəli bədən xəsarətlər yetirərək hadisə yerindən qaçıblar. Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən K.Kərimov və F.Əliyev tutularaq istintaqa cəlb olunublar. K.Kərimovun üzərinə baxış keçirilərkən bir ədəd bıçaq və "beşbarmaq" aşkar edilərək maddi sübut kimi götürülüb.

Son xəbərlər

Orphus sistemi