Yuxarı

​Bakının mərkəzində polisin idarə etdiyi avtomobil qəzaya düşüb

Hər iki avtomobil əzilib

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakıda polis baş serjantının idarə etdiyi avtomobil qəzaya düşüb.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, M.Qasımov küçəsində Nəsimi Rayon Polis İdarəsinin Post Partul Xidməti Bölüyünün əməkdaşı, 1982-ci il təvəllüdlü Rəşad Əsgərlinin idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə Bakı sakini, 1983-cü il təvəllüdlü Nicat Soltanovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki avtomobil əzilib, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi