Bakıda hoteldə baş verən yanğınla bağlı təfərrüatlar məlum olub

Bakıda hoteldə baş verən yanğınla bağlı təfərrüatlar məlum olub Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində otelin dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.
Hadisə
11 Mart , 2022 22:01
Bakıda hoteldə baş verən yanğınla bağlı təfərrüatlar məlum olub

Bu gün saat 20:30 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən hoteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

"Report" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın yeddimərtəbəli hotel binasının dam örtüyü və liftin şaxtasında liftlərin mühərriklərinin yerləşdiyi bölmədə baş verib. 

Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində təqribən 100 kv m sahə yanıb, hotelin binası yanğından mühafizə olunub.

21:32

Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində hotelin dam örtüyündə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

21:11

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində hotelin dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

"Report" FHN-ə istinadla xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

21:03

Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində "Ramada" hotelində yanğın başlayıb.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın hotelin damında qeydə alınıb.

Hadisə yerinə 3 yanğınsöndürən, iki xilasetmə kranı, 1 qərargah maşını cəlb olunub.

Yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi