Yuxarı

Bakının mərkəzində "07"nin sürücüsünün təhlükəli manevrləri - VİDEO

Bakının mərkəzində "07"nin sürücüsünün təhlükəli manevrləri

Digər sürücülərin həyatını da təhlükəyə atır

Azərbaycanda avtoxuliqanlara və yol hərəkəti qaydalarına məhəl qoymadan avtomobil idarə edən sürücülərə qarşı Dövlət Yol Polisi tərəfindən sərt tədbirlərin görülməsinə baxmayaraq, belə sürücülər yenə də var. Hətta Bakı şəhərinin mərkəzi küçələrində üzərində konstruksiya dəyişikliyi edilən, heç bir qadağanedici nişanların, işıqforların tələbinə riayət etməyən və yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülərə rast gəlmək mümkündür. Müşahidələr göstərir ki, belə qanunazidd əməlləri sürücülər adətən Rusiyada istehsal edilən VAZ markalı avtomobillərlə edirlər.

“Report”un redaksiyasına izləyicilər tərəfindən “VAZ 2107” markalı avtomobilin sürücüsünün Bakının mərkəzində təhlükəli hərəkətlərinin əks olunduğu videogörüntü daxil olub.

Həmin görüntülərdə Bülbül küçəsi ilə Zərifə Əliyeva prospektinin kəsişməsində 90-HX-242 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobilin sürücüsü digər nəqliyyat vasitələrinin sürücülərini çətin vəziyyətə salaraq təhlükəli manevrlər edir. Daha sonra həmin sürücü işıqforun qırmızı işığının tələblərini pozaraq heç nə olmamış kimi hərəkətinə davam edib.

“Report” həmin görüntüləri təqdim edir:

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi