Binəqədi rayonunda baş verən yanğın söndürülüb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xocahəsən qəsəbəsində qeydə alınan yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.
***16:45
Video əlavə olunub
***15:51
Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.
"Report"un məlumatına görə, Xocahəsən qəsəbəsində taxta məmulatlarının emalı sexi yanır.
Əraziyə Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
