Bakının Badamdar qəsəbəsində silah aşkar edilib

Bakının Badamdar qəsəbəsində silah aşkar edilib Bakı. 19 oktyabr. REPORT.AZ/ Bun gün Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin 3-cü yaşayış sahəsində silah aşkar edilib.
Hadisə
19 Oktyabr , 2018 00:22
Bakının Badamdar qəsəbəsində silah aşkar edilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bun gün Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin 3-cü yaşayış sahəsində silah aşkar edilib.

“Report” xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Bakı şəhəri, Səbail rayon Polis idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Səbail rayon Polis idarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd istifadəyə yararlı RPQ-7V1 silahı aşkar olunub, götürülərək Agentliyin müvəqqəti saxlama ərazisinə daşınıb.

Silahın tapıldığı yerin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi