Bakıda yanğın olub, 2 nəfər zəhərlənib

Bakıda yanğın olub, 2 nəfər zəhərlənib Bakıda yanğın hadisəsi baş verib
Hadisə
18 Aprel , 2021 09:26
Bakıda yanğın olub, 2 nəfər zəhərlənib

Bakıda yanğın hadisəsi baş verib.

"Report"un Fövqəladə Hallar Nazirliyin istinadən məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin mətbəxində 1 ədəd soyuducu və mebel 0,5 m² sahədə yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 10 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi