Bakıda dostunun avtomobilini qaçıran şəxs İmişlidə tutulub

Bakıda dostunun avtomobilini qaçıran şəxs İmişlidə tutulub Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
19 May , 2017 11:43
Bakıda dostunun avtomobilini qaçıran şəxs İmişlidə tutulub

Bakı. 19 may. REPORT.AZ/ Bakıda dostunun avtomobilini qaçıran şəxs İmişli rayonunda tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, aprelin 22-də Bakı şəhər sakini Natiq Rüstəmov Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinə (PB) müraciət edərək aprelin 17-də "Audi" markalı avtomobilinin dostu Elşən Əhmədov tərəfindən qaçırılmasını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən E.Əhmədov İmişli şəhəri ərazisində saxlanılaraq Yasamal RPİ-yə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi