“Bakıelektrikşəbəkə”yə məxsus yarımstansiyanın ərazisində yanğın olub
Hadisə
12 Noyabr , 2014
09:10
https://static.report.az/photo/c373c6f2-2532-4176-8e4f-5e8d80653d4a.jpg
Bakı. 12 noyabr. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonunda “Bakıelektrikşəbəkə” ASC-yə məxsus 214 saylı yarımstansiyanın ərazisində yerləşən ümumi sahəsi 200 kv.m olan tikilinin içərisində quraşdırılmış gücü 6 kVt olan transformatorun çıxış kabeli 1 p.m yanıb. “Report” FHN-in rəsmi saytına istinadən xəbər verir ki, transformator yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.