​Bakıdan Tərtərə qonaq gedən gənc xalası oğlu ilə birlikdə oğurluq edib

​Bakıdan Tərtərə qonaq gedən gənc xalası oğlu ilə birlikdə oğurluq edib Hadisəni törədənlər saxlanılıblar
Hadisə
28 Oktyabr , 2015 22:43
​Bakıdan Tərtərə qonaq gedən gənc xalası oğlu ilə birlikdə oğurluq edib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Tərtər rayonunda oğurluq hadisəsi baş verib.

"Report" xəbər verir ki, paytaxtdan Tərtərə qonaq gedən Elçibəy Göygözlü xalası oğlu Eşqin Quluzadə ilə birlikdə mağazanı qarət edib.

Oğurluq hadisəsi rayonun Dəmirçilər kəndində Bənövşə Rəhimovaya məxsus mağazada baş verib. Sahibkarın sözlərinə görə, oğrular qapının qıfılını sındıraraq içəri daxil olublar. Daha sonra bir neçə siqaret bloku, həmçinin xəzinədə olan 450 manat pulu götürüblər.

Mağaza sahibəsi bildirib ki, hadisəni törədənlərdən biri Bakı şəhərindən kəndə qonaq gəlib və xalası oğlu ilə birlikdə bu əməli törədib.

Hər iki şəxs artıq Tərtər rayon Polis şöbəsinin əməliyyatçıları tərəfindən tutularaq istintaqa təhvil verilib. Oğurluq edənlərdən E.Göygözlü oğurluğu Eşqin Quluzadə ilə birgə əvvəlcədən planlaşdırdıqlarını bildirib. Tərtər rayon Polis şöbəsinin istintaq bölməsinin rəisi Elvin Kərimovun sözlərinə görə, polis şöbəsinin əməkdaşları oğurlanan pulları və siqaret bloklarını maddi sübut kimi aşkar ediblər. Hazırda onların digər əməllərinin ifşa olunması istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir.

Oğurluq hadisəsi ilə bağlı Tərtər rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri üzrə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi