Bakıdan Surquta uçan təyyarə Ufa şəhərində təcili eniş edib

Bakıdan Surquta uçan təyyarə Ufa şəhərində təcili eniş edib Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakıdan Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin Surqut şəhərinə uçan təyyarə Ufada (Başqırdıstan Respublikası ) məcburi eniş edib.
Hadisə
133
3 Oktyabr , 2018 22:32
Bakıdan Surquta uçan təyyarə Ufa şəhərində təcili eniş edib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakıdan Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin Surqut şəhərinə uçan təyyarə Ufada (Başqırdıstan Respublikası ) məcburi eniş edib.

“Report” xəbər verir ki, buna təyyarənin göyərtəsində olan sərnişinlərdən biri - 1946-cı il təvəllüdlü Azərbaycan vətəndaşı Sitarə Əlibutayevanın halının pisləşməsi səbəb olub.

Təcili olaraq Ufa şəhərinin 20 saylı xəstəxanasına yerləşdirilən qadının stenokardiya xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Xəstə hazırda müalicəsini davam etdirir. Azərbaycan tərəfi vəziyyəti nəzarətə götürüb.

Son xəbərlər

Orphus sistemi