Bakıdan Siyəzənə getmək istəyən şəxsi dayanacaqda bıçaqlayıblar
Hadisə
- 18 noyabr, 2016
- 09:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 noyabr. REPORT.AZ/ Bakıdan Siyəzən rayonuna getmək üçün taksi axtaran şəxs naməlum şəxslər tərəfindən bıçaqlanıb.
"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda "Şamaxinka" kimi tanınan ərazidə baş verib.
Belə ki, 27 yaşlı Fərid Tahir oğlu Yusifova iki nəfər naməlum şəxs yaxınlaşaraq ondan pul istəyiblər. Cibində rayona getmək üçün müəyyən məbləğdə pulu olduğunu deyən F.Yusifovla həmin şəxslər arasında mübahisə düşüb. Nəticədə onlar F.Yusifova iki bıçaq zərbəsi vuraraq ərazini tərk ediblər.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Son xəbərlər
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.11.2026)
Maliyyə
09:01
Azərbaycanın qadın basketbol millisi bu gün İslandiya ilə üz-üzə gələcək
Komanda
08:47
Hikmət Hacıyev Aİ rəsmiləri ilə Avropa İttifaqı - Azərbaycan münasibətlərini müzakirə edib
Xarici siyasət
08:36
Xocavənd sakini: Biz qələbəyə layiqik, torpağımıza qayıtmaq haqqımızdır
Daxili siyasət
08:28
Monqolustan Prezidenti istefa verib
Digər ölkələr
08:22
Foto
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur
08:01
Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
Daxili siyasət
07:48
BMT missiyasının ilk qrupu Qərbi Saxaranı tərk edib
Digər ölkələr
07:22
Keçmiş məcburi köçkün: Cəbrayıla qürur hissi ilə qayıdırıq
Daxili siyasət