Bakıdan narkotik maddə alan şəxs Beyləqanda tutulub - FOTO

Bakıdan narkotik maddə alan şəxs Beyləqanda tutulub - FOTO O, narkotik vasitəni metro yaxınlığında tanımadığı şəxsdən aldığını bildirib
Hadisə
6 Fevral , 2018 00:38
Bakıdan narkotik maddə alan şəxs Beyləqanda tutulub - FOTO
Report

Beyləqan. 6 fevral. REPORT.AZ/ Beyləqanda rayon Polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, şöbəyə 50 yaşlı Qarayev İlham Atakişi oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə məlumat daxil olub.

Əməliyyat tədbirləri keçirən polis əməkdaşları çox keçməyib ki, rayon sakinini yaşadığı ünvanın yaxınlığında saxlayıblar. Onun üzərinə baxış keçirilən zaman məlumatın doğru olduğu üzə çıxıb. Bir neçə kibrit qutusunda qablaşdırılmış şəkildə aşkar edilən qurudulmuş marixuana istintaqa təhvil verilib. Marixuananın təmiz çəkisinin 12 qrama yaxın olduğu müəyyən edilib.

İlham Qarayev ilkin ifadəsi zamanı üzərində aşkarlanan marixuananı Bakı şəhərində metro yaxınlığında tanımadığı şəxsdən aldığını bildirib.

Faktla bağlı RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi