Bakıdakı Respublika Müalicə Diaqnostika Mərkəzindən oğurluq edilib

Bakıdakı Respublika Müalicə Diaqnostika Mərkəzindən oğurluq edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
21 Noyabr , 2014 12:03
Bakıdakı Respublika Müalicə Diaqnostika Mərkəzindən oğurluq edilib

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakıda xəstəxanadan oğurluq edilib. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, artıq oğurluq etməkdə şübhəli bilinən şəxs tapılıb.

Belə ki, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 11-də Tbilisi prospektində yerləşən Respublika Müalicə Diaqnostika Mərkəzindəki iş otağından, içərisində 65 manat və bank kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini 1974-cü il təvəllüdlü İmran Kərimov tutulub. Şübhəli şəxsdən 1,456 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi