​Bakıdakı məktəblərdən birində yanğın olub

​Bakıdakı məktəblərdən birində yanğın olub Məktəb binasının qalan hissəsi yanğından mühafizə edilib
Hadisə
24 Aprel , 2015 16:30
​Bakıdakı məktəblərdən birində yanğın olub

Bakı. 24 aprel. REPORT.AZ/ Bakı şəhərinin Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 5202 kv.m olan üçmərtəbəli orta məktəbin hər mərtəbəsinin dəhlizində quraşdırılmış 3 ədəd elektrik lövhəsi yanıb. 

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı 20 nəfər şagird yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Məktəb binasının qalan hissəsi yanğından mühafizə edilib.

Son xəbərlər

Orphus sistemi