Bakıdakı kafelərdən birində davaya görə həbs olunan şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakıdakı kafelərdən birində davaya görə həbs olunan şəxsin apellyasiya şikayəti təmin edilməyib Bakı. 9 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 1979-cu il təvəllüdlü Pərviz Şabanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
9 May , 2018 14:11
Bakıdakı kafelərdən birində davaya görə həbs olunan şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 9 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 1979-cu il təvəllüdlü Pərviz Şabanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, P.Şabanovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, P.Şabanov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma), 221-ci (xuliqanlıq) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham edilib.

Hadisə "Gürcü mətbəxi" kafesində baş verib. O, zərərçəkmiş Tural Məmmədov və Kənan Qədirova qarşı xəsarət yetirməkdə təqsirli bilinib.

P.Şabanovun vəkili məhkəmədə müdafiə çıxışında bildirib ki, müvəkkili mübahisə etdiyi şəxslər tərəfindən döyülüb, ailə üzvləri təhqir olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Şabanov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi