Bakıdakı hamamdan pul və avtomobil açarı oğurlanıb

Bakıdakı hamamdan pul və avtomobil açarı oğurlanıb Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb
Hadisə
20 Mart , 2017 12:30
Bakıdakı hamamdan pul və avtomobil açarı oğurlanıb

Bakı. 20 mart. REPORT.AZ/ Bakıda hamamların birindəki dolabdan pul və avtomobil açarı oğurlanaraq avtomaşın qaçırılıb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki hamamlardan birində dolabdan 150 manat pul, "Mitsubishi" markalı avtomobilin açarları oğurlanıb və avtomobil qaçırılıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Elçin Qəhrəmanov və Azər Həmidov tutulublar.

Son xəbərlər

Orphus sistemi