Bakıda zəncirvarı yol qəzası baş verib

Bakıda zəncirvarı yol qəzası baş verib Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
1 Dekabr , 2014 09:35
Bakıda zəncirvarı yol qəzası baş verib

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakıda zəncirvarı yol qəzası baş verib. "Report"un məlumatına görə, Yasamal rayonunda, Abbas Mirzə Şəfizadə küçəsində qeydə alınan qəza zamanı idarəetməni itirən sürücü idarə etdiyi avtomobili yol kənarında dayanan avtomobillərə çırpıb.

Belə ki, Şərifzadə küçəsi ilə Mətbuat prospekti istiqamətində yüksək sürətlə hərəkət edən "Volkswagen" markalı minik maşını yol kənarında dayanan "QAZ-3110" və "Azsamand" markalı avtomobilləri vurub. Qəza nəticəsində xəsarət alan olmayıb. Lakin hər üç avtomobilə ciddi ziyan dəyib. Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. Qəzaya səbəb olan "Volkswagen" evakuasiya edilib və cərimə meydançasına aparılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi