Bakıda yol qəzası olub, xəsarət alanlar var - FOTO

Bakıda yol qəzası olub, xəsarət alanlar var - FOTO Bakı. 30 iyun. REPORT.AZ/ Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə
30 İyun , 2018 01:36
Bakıda yol qəzası olub, xəsarət alanlar var - FOTO
Foto: "Report"

Bakı. 30 iyun. REPORT.AZ/ Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, "KİA" markalı, "90-TK-244" seriya nişanlı avtomobil "Mercedes" markalı avtomobillə toqquşub. "KİA" daha sonra idarəetmədən çıxaraq, yol kənarındakı dəmir maneəyə çırpılıb. Hadisə nəticəsində iki nəfər – "KİA"nın sürücüsü sürücüsü və avtomobildə olan sərnişin xəsarət alıb. Əraziyə cəlb edilmiş Dövlət Yol Polisi əməkdaşları avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü və sərnişini nəqliyyat vasitəsindən çıxarıblar.

Məlumata görə, hadisəyə yüksək sürət səbəb olub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi