Mərdəkanda zəncirvari qəza nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb - FOTO

Mərdəkanda zəncirvari qəza nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb - FOTO Hadisə nəticəsində yaralanan 58 yaşlı qadın bu gün dünyasını dəyişib
Hadisə
12 Sentyabr , 2017 07:57
Mərdəkanda zəncirvari qəza nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb - FOTO
Foto:Report.az

Bakı. 12 sentyabr. REPORT.AZ/ Sentyabrın 11-i gecə saatlarında paytaxtın Xəzər rayonu ərazisində baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

"Report" xəbər verir ki, Mərdəkan qəsəbəsində 3 avtomobilin toqquşması nəticəsində yaralanan 10 nəfərdən 1-i – 1959-cu il təvəllüdlü Abdullayeva Sevda Xudaverdi qızı 3 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.

Qəza zamanı "VAZ-2106" markalı avtomobil yolun sağına dönmə əməliyyatını yerinə yetirərkən sol zolaq ilə qarşı tərəfdən gələn "VAZ-2104" markalı avtomobil də həmin istiqamətdə dönüb və ona çırpılıb. Ardınca arxadan gələn və sağdan ötmə əməliyyatı etmək istəyən "Daewoo" da "VAZ-2106"ya çırpılıb. Nəticədə "VAZ- 2106"da olan bir yaşlı körpə ölüb. Qəza zaman, o cümlədən hər üç avtomobildə xəsarət alanlar olub. Belə ki, üçü azyaşlı olmaqla 10 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, uşaqların vəziyyətləri ağırdır.

Yaralıların siyahısı:

Behbudova Lalə Alı qızı – 28 yaş

Əliyev Rac Fikrət oğlu - 38 yaş

Şövqətova Səriyyə Rəcəb qızı – 60 yaş

Şövqətov Əllədin Hüseynqulu oğlu - 65 yaş

Şövqətova Əminə Zöhrab qızı - 34 yaş

Şövqətova Zaur Əllədin oğlu - 35 yaş

Əliyeva Nəzrin Rac qızı - 11 yaş

Hacıyev Yusif Anar oğlu - 5 yaş

Hacıyev Adəm Bəhrəm oğlu - 3 yaş

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi