Bakıda zəncirvari qəza nəticəsində 1 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda zəncirvari qəza nəticəsində 1 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
4 Avqust , 2018 09:58
Bakıda zəncirvari qəza nəticəsində 1 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


*** 05:21

Bakı. 4 avqust. REPORT.AZ/ Bakının Səbail rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib.

"Report"un xəbərinə görə, rayonun "20-ci Sahə dairəsi" kimi tanınan ərazisində "10-ZR-894" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobili idarə edən Kərimov Kamran Ağamusa oğlu yüksək sürətlə gələrək əvvəlcə başqa "VAZ-2106"ya, ardınca isə Əhmədov Naibin idarə etdiyi "Mercedes" markalı maşına çırpılıb.

Nəticədə K.Kərimov xəsarət alıb.

N.Əhmədov "Report"a müsahibəsində bildirib ki, hadisə o, köməkçi yoldan əsas yola daxil olmaq istəyən zaman baş verib.

Faktla bağlı əraziyə Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin və Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücülərin izahatları alınıb. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Foto: Ruslan Məmmədov

Son xəbərlər

Orphus sistemi