Bakıda yüksək sürətlə hərəkətdə olan maşın gənc oğlanı vurub

Bakıda yüksək sürətlə hərəkətdə olan maşın gənc oğlanı vurub Hadisə yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib
Hadisə
14 Oktyabr , 2017 05:54
Bakıda yüksək sürətlə hərəkətdə olan maşın gənc oğlanı vurub

Bakı. 14 oktyabr. REPORT.AZ/ Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yolu keçmək istəyən piyadanı maşın vurub.

“Report” xəbər verir ki, hələlik sürücüsü məlum olmayan minik avtomobili yüksək sürətlə hərəkətdə olub.

Bu zaman o, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyən 24 yaşlı Təhmin Elçin oğlu Əhmədovu vurub. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb. Zərərçəkmişin vəziyyətini həkimlər orta-ağır qiymətləndirirlər.

Qəzanı törədən sürücünü Sabunçu polisi saxlayıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi