Bakıda yüksək sürətlə hərəkət edən “BMW” otelin giriş qapısına çırpılıb

Bakıda yüksək sürətlə hərəkət edən “BMW” otelin giriş qapısına çırpılıb Bu gecə Bakıda daha bir ağır yol qəzası baş verib.
Hadisə
2 Dekabr , 2019 02:04
Bakıda yüksək sürətlə hərəkət edən “BMW” otelin giriş qapısına çırpılıb

Bu gecə Bakıda daha bir ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb. Belə ki, 99-UX-894 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən əvvəlcə “Audi” markalı maşına daha sonra “Ford” markalı nəqliyyat vasitəsinə dəyib.

İdarəteməni itirən sürücü nəqliyyat vasitəsini “Park İNN” otelinin giriş qapısına çırpıb. Qəza nəticəsində “BMW”nin sürücüsü ağır xəsarət alıb. Avtomobillərə və otelə ciddi ziyan dəyib. “BMW” markalı avtomobil isə yararsız vəziyyətə düşüb.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov


Son xəbərlər

Orphus sistemi