Bakıda yüksək səslə danışan qonaq qonşular tərəfindən dəmir alətlə döyülüb

Bakıda yüksək səslə danışan qonaq qonşular tərəfindən dəmir alətlə döyülüb O, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib
Hadisə
29 Avqust , 2017 08:46
Bakıda yüksək səslə danışan qonaq qonşular tərəfindən dəmir alətlə döyülüb
Report.az

Bakı. 29 avqust. REPORT.AZ/ Bakının Xətai rayonu ərazisində kütləvi dava olub.

"Report" xəbər verir ki, qohumunun yaşadığı fərdi yaşayış evinə qonaq gələn 1960-ci il təvəllüdlü Mehdiyev İlman Frunze oğlu qonşular arasında davaya səbəb olub.

Qonşuluqda yaşayan şəxslər onların yüksək səslə danışdığını əsas gətirərək əlbəyaxa dava ediblər. Nəticədə İ.Mehdiyev dəmir alətlə döyülüb. O, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi