Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşub, 10 nəfər xəsarət alıb - FOTO

Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşub, 10 nəfər xəsarət alıb - FOTO Yaralılardan 8-nin vəziyyəti ağırdır
Hadisə
22 Noyabr , 2017 01:41
Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşub, 10 nəfər xəsarət alıb - FOTO
Report

Bakı. 22 noyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonu ərazisində 10 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində "Howo" markalı yük maşınının yol kənarında dayanmış 149 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusuna çırpılması nəticəsində baş verib.

Qəza nəticəsində xəsarət alanların siyahısı:

1953-cü il təvəllüdlü Qəzənfər İbrahimov

1964-cü il təvəllüdlü Rəhim Səlimov

1966-cı il təvəllüdlü Ulduz Sultanova

1970-ci il təvəllüdlü Xuraman Məmmədova

1975-ci il təvəllüdlü Ağayev İlqar

1980-ci il təvəllüdlü Ramiz Məmmədov

1982-ci il təvəllüdlü Aytəkin Məmmədova

1982-ci il təvəllüdlü Vadim Mütəllibov

1983-cü il təvəllüdlü Atayev Elnur

1996-cı il təvəllüdlü Tapdıq İsmayılov

Son iki nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digər 8 nəfərin vəziyyəti ağırdır və onlar xəstəxananın Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi